70 İLLİK İNSAN ÖMRÜ 70 SANİYƏ KİMİ KEÇİR




ADNAN OKTAR:


İnsanlar oyananda soruşurlar ki, bizi yatdığımız yerdən kim qaldırdı, təəccüblənirlər. Yuxu gördüklərinin qənaətində olurlar. Onlardan bir-bir nə qədər qaldıqlarını soruşurlar. “Bir günün bir azı qədər qaldım”, -deyir. Yatdığını düşündüyü üçün, məsələn, günorta yatıbsa, axşama qədər yatdığını düşünür. Amma hara gəldiyini öyrənmək istəyir. “Bura haradır?” -deyir, “Biz hara gəldik?” -deyir. “Mən harada yatırdım?” -deyir. Halbuki, yaşadığı dünyadan gəlib. Əslində, xatırlayır. Yəni bütün hadisələri xatırlayır

APARICI: Zamanı bilmir, eləmi? Zaman məfhumu qalmır.

ADNAN OKTAR:


Bəli, zamanın dəyişməsindən qaynaqlanır. Məsələn, 70 illik ömrü bəzən 70 saniyə kimi keçir. Çox qısa olur. Məsələn, bir qismi deyir ki, bir göz qırpımı qədər. Çox qısa olduğunu deyir, qaldığı vaxtın. Allah da bunu bildirir. Bir çox izahı var. Bunları ayrı-ayrı ifadə etmişdir. Hər birindən ayrı məna çıxır. Yəni heç biri tam başa düşmür, amma başa düşənlər də var, nadir. Zamanı tam anlaya bilmirlər. Zamanın izafi olduğunu göstərmək üçün Allah bunu edir. Müsəlmanlar, iman gətirənlər, Allah çox Qaffar və Rəhimdir, onlar üçün çox şahanə, gözəl həyat başlayacaq, hər şeyin doğru, pozitiv olduğu, baxın, dünyada hər şey əskikdir, heyrətamiz dərəcədə əskikdir. Həşəratlara baxın, mükəmməldir. Heç bir patoloji hal, ağzı-burnu qüsurlu həşərat görə bilməzsiniz. Hamısı gözəldir. Kəpənəklər makiyaj etmədən gözəldirlər, tərtəmiz, çimməzlər, diş təmizləməzlər, ətir vurmazlar, deodorant vurmazlar. Heç saç ustasına da getməzlər. Eləmi? Oradakı kəpənəklər məsələn. Quşlara da baxırsınız, heyrətamiz dərəcədə bəzəklidirlər. Tovuz quşları bilirsiniz, heyrətamiz dərəcədə bəzəklidirlər, yaraşıqlıdırlar. Eləmi? Mükəmməldir. İnsan çox acizdir, xüsusi şəkildə yaradılmışdır belə. Yəni daim baxıma möhtacdır. Məsələn, digər heyvanların balaları özbaşına yaşaya bilirlər, amma insanın balası yaşamır. Anasının çox diqqətli baxımı ilə yaşaya bilər. İnsanlar bura gəlir, məsələn, əvvəl ibtidai sinfə gedirlər, uşaqlar üçün əziyyət ibtidai sinifdə ikən başlayır. Taxta sıralara oturdulur uşaqlar, sübh tezdən. Sübh tezdən qaldırılır, eləmi? Avtobuslara doldurulur. Məktəbə gedir, taxtanın qarşısına 5 il gedir-gəlir. Sonra gəncliyin ən gözəl illərində yenə 3 il orta məktəbə gedir. 4 il eləmi, bizim dövrümüzdə 3 il idi. Baxın, 12 il. Gəncliyin ən gözəl illəri. Taxta sıralarda, evə də gəldimi, bir əlini yanağına qoyur, başlayır kitabları oxumağa. Gecəli-gündüzlü eləmi? Nəfəs almır. “Aman”, -deyirlər: “Balam, həyətə çıxma, kitabını oxu”. Uşaqların çoxunun gözü zəifləyir, bilirsiniz. Üniversitetə gedir, məsələn, Tibb fakültəsində 6 il, belə qalaq-qalaq kitabları su kimi əzbərlədirlər. Ondan sonra ixtisasa gedirlər. Orada da xəstələr gəlir, məsələn, bəzisinin narahatlıqları olur, bəzisindən qan axır, bəzisinin əl-ayağı sınır. Bir betonun içində, altdan-üstdən hər tərəfi betonla əhatələnmiş yerdə axşama qədər bunu edir, oradan evə gedir, yeməyini yeyir, televizora baxır, səhər yenə gedir, ertəsi gün yenə gedir, yenə xəstələr gəlir və ya başqa adamlar gəlir, yəni başqa bir iş yeridirsə, sənədlər gedir-gəlir, onu yazır betonun içində. Daim betonların arasında keçir insan həyatı. O beton hücrədən çıxıb o biri beton hücrəyə gəlir. Arada da, avtobus gözləyirlər. Beləliklə, dosent olur, professor olur, rahat olduğu bir zamanda artıq deyirlər ki, rəhmətlik çox yaxşı insan idi. Onu deyirlər: “İş yerinə də götürək tabutu ilə, inşaAllah”. Dünya, bax, bu qədər qısa və çətindir. Biz bunun üçün dünyaya gəlmirik. İnsanlar anormal şəkildə dünyaya bağlanırlar. Halbuki, dünyanın açıq şəkildə imtahan yeri olduğu bəllidir. Məsələn, səhər dururlar sərsəm kimi, məsələn, qadınlar çox baxımlı olurlar, amma səhər yuxudan duranda pərişan olurlar, bilirsiniz. Yəni çimir, özünə baxır, sahmana salır. Bir qadının özünü normal hala gətirənə qədər nə qədər çalışdığını bilirsiniz. Yəni normal hala gəlincəyə qədər xeyli iş görür. Bəylər də elə. Eləmi, o da çalışır, çox çətindir. Yəni insanın acizliyi bilinir... Bura imtahan yeridir, elə bağlanacaq yer deyil. Müddət də çox qısadır, hər kəs bunu görür. Məsələn, nə qədər məşhur və tanış insan var idi, heç biri ortada yoxdur. Hamı tez alışır. Məsələn, Sakıp Sabancı çox nəşəli insan idi, indi yoxdur, eləmi? Allah rəhmət etsin. Unuduldu getdi. Nə qədər belə insanlarımız vardı şən, nəşəli, daim televizora çıxan. Baxın, unuduldu getdi. Allah rəhmət etsin hamısına, inşaAllah.
(Adnan Oktarın Gaziantep Olay TV müsahibəsi, 18 noyabr 2009)
Bu sayt Harun Yəhyanın əsərləri əsasında hazırlanıb.