SAXTA DÜNYAYA ALDANANLAR HƏMİŞƏ SIXINTI İÇİNDƏDİRLƏR




İnsanların həyatı boyu qarşılaşdığı hər hadisə, eşitdiyi hər söz, gördüyü hər şey ancaq Allah`ın izni ilə yaradılır. Bu həqiqəti bilmək və bunun rahatlığını yaşamaq imanın gətirdiyi gözəlliklərdən biridir. Allah`ın kainatdakı bütün varlıqlar üzərindəki hakimiyyətini, Rəbbimizin onun üçün daim ən doğru, ən gözəl və ən xeyirli olanı yaradacağını bilən insanlar təvəkküllü olurlar. Bu səbəbdən, həmişə rahat və sakitdirlər. Allah`ın hər şeyi müəyyən edilmiş qədərdə xeyir və hikmətlə yaratdığını bilir, hər işlərində güvənlə hərəkət edirlər. İman gətirənlərin bu təvəkkülü bir ayədə belə bildirilir:

De: “Allah`ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy möminlər Allah`a təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)



Hər şeyin Allah`ın nəzarətində olduğunu bilən mömin başına nə gəlirsə-gəlsin, heç bir sıxıntıya və çətinliyə düşməz. Hər zaman hadisələrin xeyirli yönlərini görməyə çalışar. İnsanın bütün həyatı boyu yaşayacağı, düşünəcəyi, söyləyəcəyi hər şey hələ o doğulmadan əvvəl Allah qatında kiçik detalına qədər bəllidir. İnsan onun üçün yazılan bu hadisələrlə zaman gəldikcə qarşılaşır və onları yaşayır. Qədərində hər şeyin xeyirlə nəticələnək şəkildə yaradıldığını bildiyindən həmişə təvəkküllü olur, özünü rahat hiss edir. Allah Quranda belə bildirir:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Allah bunu) əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə sevinməyəsiniz deyə (belə izah edir). Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Hədid surəsi, 22-23)



Bu həqiqətləri qavramayanlar isə yaşadığı keçici dünya malına aldanaraq özlərinə zülm edirlər. Hadisələrin Allah`ın nəzarətindən kənarda reallaşdığını düşünərək bunlara müdaxilə etməyin yollarını axtararlar. Hadisələrin zahirən tərs getməsi kimi görünməsi, əleyhlərinə olması bu şəxslər üçün üzüntü qaynağıdır. Bu yanlış inanclarından dolayı, daim stressli olurlar. Kiçik bir hadisədə yuxuları qaçır, əsəbləri korlanır, fiziki və mənəvi cəhətdən zərər görürlər. Sıxıntıdan qurtulmaq üçün müxtəlif vasitələrə əl atırlar; bəzən əyləncələrə qatılır, bəzən heç düşünməyərək rahat olmağa çalışırlar. Halbuki, bu, qəlblərinə əsl rahatlığı və xoşbəxtliyi verə bilməz. Çünki Allah bir ayədə “Bunlar, iman gətirənlər və qəlbləri Allah`ı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allah`ı zikr etməklə rahatlıq tapır” (Rəd surəsi, 28) sözləri ilə bildirdiyi kimi, insan ancaq Allah`a yönəlib Onun istədiyi əxlaqı yaşadıqda rahat ola bilər.

Allah insanlara dünya həyatının sıxıntılarından qurtulmağın və əsl xoşbəxtliyi yaşamağın yolunu göstərdiyi halda, bilə-bilə bundan üz çevirənlər yalnız özlərinə zülm edirlər. Allah bu insanların vəziyyətini bir ayədə belə bildirir:

Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. (Yunis surəsi, 44)



Rahat və sakit olmaq, stress və sıxıntıdan qurtulub nəşələnmək üçün yanlış düşüncələri mənimsəyənlər bu dünyada arzu etdiklərini yaşamadıqları kimi, axirətdə də hüznə uğrayacaqlar. Bu insanlar Allah`ın yolunu seçmədikləri üçün arxasınca qaçdıqları şeylər axirətdə onların tələfatını artıracaq:

Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldikdə Allah`dan başqa çağırdıqları bütlər onları heç nədən qurtara bilmədilər. (Bütlər) onların ancaq tələfatını artırdı. (Hud surəsi, 101)



Unutmaq olmaz ki, Allah Quranın bir çox ayəsində insanları bağışlayan və tövbələri qəbul edən olduğunu bildirmişdir. Bir insan bu həqiqətlərin fərqinə varana qədər ömrü boyu bir çox səhv edə bilər. Vacib olan şey isə yanlış yolda olduğunu qavraması, tövbə etməsi və Rəbbimizin bildirdiyi gözəl əxlaqı yaşamağa çalışmasıdır. Quranda hz.Salehin qövmünə müraciətində insanların Allah`ın rizasını qazanmaq üçün nə edəcəkləri belə bildirilir:

Səmud qövmünə də qardaşları Salehi (göndərdik). O dedi: “Ey qövmüm! Allah`a ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. O, sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim yaxındır, (çağırışa) cavab verəndir”. (Hud surəsi, 61)



Rəbbimiz dua edənin duasına cavab verəcəyini bir Quran ayəsində belə xəbər verir:

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

Bu sayt Harun Yəhyanın əsərləri əsasında hazırlanıb.