Tarix boyu hər cəmiyyətin inkarçıları arasında insanları yönləndirən, hərəkətləri örnək alınan şəxslər yaşamışdır...
70 illik ömrü bəzən 70 saniyə kimi keçir. Çox qısa olur. Məsələn, bir qismi deyir ki, bir göz qırpımı qədər...
Hal-hazırda yaşadığınız dünya həyatını axirət həyatı ilə müqayisə etdikdə yuxu və ya xəyal kimi qalmasının ən vacib səbəblərindən biri dünyanın bir çox əskikliklə dolu olmasıdır...
Bu hissədə inkarçılarla əlaqəli yazılanlar dünya həyatını əsas alanların həyata qarşı zidd düşüncələrinin kiçik hissəsini əks etdirir...
İnsanların həyatı boyu qarşılaşdığı hər hadisə, eşitdiyi hər söz, gördüyü hər şey ancaq Allah`ın izni ilə yaradılır...
İnananların istədiyi hər bir şey axirətdə artıqlaması ilə yaradılmışdır. Cənnət həyatında nemət olaraq hədsiz bolluq və gözəllik olacaq...
İNKARÇILAR SƏMİMİ SEVGİNİN GÜCÜNÜ BİLMƏZ
Adnan Oktar:
Bir müsəlman qadın hər şeydən öncə Allah`dan çox qorxmalıdır. Allah`ı çox sevməli və Allah`a dəli aşiq kimi bağlanmalıdır. Quran hökmlərinə və Quran əxlaqına çox ciddi yanaşmalıdır və çox iffətli olmalıdır. Belə bir qadında Allah özəl bir nur, özəl bir təsirlilik və güclü istəyə açıqlıq meydana gətirir. Yəni onun ruhunda bir qadın gücü vardır və bu, ortaya çıxar. Qadın əti və sümüyü ilə qadın olmaz. Yəni o, bir ət yığını kimi olar, başqa heç nə olmaz. Lakin gözəl əxlaqı və təqvası ilə, Allah`a olan yaxınlığı ilə dərinləşərsə, Allah onun ruhundakı qadını ortaya çıxarar. O, özü kimi ağlı başında, dindar, Allah`dan qorxan mömin kişi ilə qarşılaşanda Allah o mömin kişini xüsusi olaraq ondan təsirlənəcək şəkildə yaratmışdır. Çünki mömin kişidə də ona qarşı təsir edəcək xüsusi kişi ruhu ortaya çıxar və Allah ondan çox təsirlənməsini təmin edər. Yoxsa kişi də ət-sümüklə kişi olmaz. Yəni ət yığını olar, başqa heç nə olmaz. Bilirsiniz, ət dükanında çoxlu ət olur. İnsan gözəl əxlaqı ilə, Allah eşqi ilə, Allah`a olan bağlılığı ilə insan olur. Belə vəziyyətdə Allah bunun sirrini də açıqlamışdır. “Mömin kişilər mömin qadınlara, mömin qadınlar da mömin kişilərə”, -deyir. Allah onların ruhundakı gerçək bağlılığı bir-biri ilə qarşılaşdırır. Onda qadın və kişi heyrətverici təsir gücü qazanarlar. Yəni tərifi mümkün olmayan altıncı bir hissə girərlər. Sadəcə möminlər bunu bilirlər. Məsələn, dini və Allah`ı tanımayan bir insana bunu açıqlasan, heç bir şəkildə bunu anlamaz. Lakin bütün insanlarda bu instinkt olaraq vardır. Buna görə də, filmlərdə eşqdən, bağlılıqdan bəhs edirlər. Lakin bir çoxu bunu heç anlamaz. Sadəcə anlamağa çalışar. Ona beynində gizli bir heyranlıq vardır, amma tapa bilməz, onun nə olduğunu heç cür tapa bilməz. Məsələn, qadın evlənəndə axtardığı şeylər olur. Birinci pulu, birinci növbədə maddi durumu. Sonra təhsili, daha sonra mövqeyinin, maşınının və bağ evinin olması kimi xüsusiyyətləri axtarır. Bunu axtaranda onda Allah ona bağlılıq verməz. O evin ona heç bir faydası olmaz. Məsələn, ev ona saray kimi bomboş görünər. Yəni heç bir təsiri olmaz. Maşın da sadəcə onu bir yerdən başqa yerə aparan dəmir yığını kimi olar. Bunlar Allah sevgisi və Allah eşqi ilə məna qazanan şeylədir. Dolayısilə, Peyğəmbərimiz (səv) deyir ki, malı üçün evlənən malından, gözəlliyi üçün evlənən gözəlliyindən məhrum olar. Məsələn, bir gün qrip olar, bir anda diksinər. İnsan heç ummadığı şeydən belə diksinər. Məsələn, onun aciz bir halını görüb iyrənə bilər və ondan bir daha xilas ola bilməz. İnsan zəif varlıqdır. Lakin Allah eşqi ilə sevəndə Allah`ın təcəllisini sevdiyi üçün və Allah da sonsuz güc sahibi olduğu üçün, sonsuz gözəl olduğu üçün, o sonsuz gözəllik və mükəmməlliyə qarşı heyranlığın təzahürü olaraq insana baxdığı üçün əsla yox olmayan sevgiyə sahib olur. Bu bağlılıq getdikcə dərinləşir və insan bundan çox təsirlənir, bununla xoşbəxt olur. Bunun xaricində ev də, maşın da adama sıxıcı gəlir. Qadının gözəlliyi də evlənən kişiyə sıxıcı gəlir. Bundan insan qurtula bilməz, Allah`ın qoyduğu bir qanundur. Sadəcə dərin sevən insanların xüsusiyyətidir bu. Bu da Allah eşqi ilə sevəndə ortaya çıxır, başqa cür olmur.
Aparıcı: Bəs pulun xoşbəxtlik gətirdiyinə inanırsınızmı?
Adnan Oktar:
Pul elə insanlarda, əksinə, sıxıntı yaradır. Çünki pulu qorumaq üçün daha çox tədbir görməlidir. Məsələn: “Çeklərim ödənmədi”, - deyir; ona görə əzab çəkir. Pulu banka qoyur: “Bank müflisləşsə, nə edəcəyik”, -deyir; yastığın altına qoyur, yenə olmur; küpə qoyur: “Küpü tapsalar”, - deyir. Yəni canını çox yandırır, çox narahat olur. Ancaq Allah eşqi ilə insan rahatlıq tapar, təvəkküllü və rahat olar. Yəni pul artdıqca insanların bir çoxunda narahatlıq və acı da artır. Bunu çöldə, xarici aləmdə də görürük, bir çox hadisələr vardır, tək-tək nümunələr gətirmək istəmirəm, amma insanlar bunu ətrafda çox görürlər.
(Cənab Adnan Oktarın reportajlarından, Kaçkar TV, 29 yanvar, 2009)
Yaxşılıq
Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə yaxşılıq anlayışı haqqında hər insanın özünə görə fərqli düşüncəsi vardır. Halbuki, Allah Quranda yaxşılığın gerçək mənasını insanlara belə bildirir:
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allah`a, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə, döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)
... Lakin yaxşı əməl (sahibi) Allah`dan qorxan şəxsdir... (Bəqərə surəsi, 189)
Quran əxlaqından xəbərsiz yaşayan bəzi insanların özlərini yaxşı insan və ya təmiz qəlbli göstərmə cəhdi, əsasən, öz vicdanlarını rahatlatmağa və insanların təqdirini qazanmağa yönəlmiş hərəkətlərdir. Bu insanlar birisinə yaxşılıq edəndə bunun qarşılığında nə əldə edəcəyini düşünürlər. Köməyə ehtiyacı olan adamın maddi durumu yaxşıdırsa, ondan sonralar mənfəət əldə etmək üçün tez hərəkətə keçirlər. Ətrafında elə də sözü keçən birisi olmadıqda isə tez hesab aparırlar. Belə vəziyyətdə kömək etməkdə çətinlik çəkirlər. Çünki qarşılığında heç bir şey almayacaqlar. Buna görə, bunu istəksiz olaraq edərlər və ya heç etməzlər.
Bununla yanaşı, bəziləri Allah rizası üçün deyil, insanlardan və ya dünya həyatının mənfəətlərindən daha çox yararlanmaq məqsədilə yaxşılıq edirlər. Halbuki, imanlı insan yaxşılığı qarşılığını ancaq Allah`dan umaraq ixlasla edər. Hər bir hərəkətində olduğu kimi, yaxşılıq edərkən də məqsədi təkcə Allah`ın rizasını qazanmaqdır. Rəbbimiz bu ixlaslı əməllərə qarşılıq olaraq möminlərin etdiklərinin daha gözəli və artığı olacağını bildirmişdir:
Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz. (Ənam surəsi, 160)
De: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq gözləyir. Allah`ın yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir”. (Zumər surəsi, 10)
Yaxşı iş görənlər üçün ən yaxşısı və bundan da üstünü vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. (Yunis surəsi, 26)
Göylərdə və yerdə nə varsa, Allah`ındır. (Bu, Allah`ın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə mükafatlandırması üçündür. (Nəcm surəsi, 31)
Dostluq
Allah Quranın “Kim mərhəmətli (Allah`ın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar” (Zuxruf surəsi, 36) ayəsi ilə Allah`ın dinindən üz çevirənlərin şeytanın dostuna çevrildiklərini bildirir. Bir başqa ayədə isə bu həqiqət “Həqiqətən, Biz şeytanları iman gətirməyənlərin dostları etdik” (Əraf surəsi, 27) sözləri ilə xəbər verilmişdir. Şeytan dost olduğu şəxsləri öz təsirinə salır və onları öz çirkin əxlaqına uyğun yönləndirir.
Allah`ın rizası əvəzinə şeytanın dostluğunu qazanan insanlar Allah`ın bir çox nemətlərindən məhrum olurlar. Bu itkilərdən biri heç kimlə gerçək mənada dost ola bilməmələridir. Dostluq Allah`ı özünə dost edənlərə Rəbbimizin verdiyi nemətdir. Quranda “Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allah`a) boyun əyərək namaz qılır və zəkat verirlər” (Maidə surəsi, 55) ayəsi ilə xəbər verildiyi kimi, Allah bu insanlara saleh möminlərin dostluğunu nəsib edir.
Şeytanın dostluğu isə insanı daima tək buraxır. Çünki şeytan dost olduğu adamlara yalanı, üsyanı, pisliyi, kin və nifrəti xoş göstərir. Şeytanın təsirində olan insan ətrafındakılara qarşı bu cür yanaşır. Ümumiyyətlə, ilk öncə ön mənfəətlərini düşünüb hərəkət edir. Daim özünü düşünür, ən yaxşı dostu da elə özüdür. Buna görə, həmin insanların Quranda nəzərdə tutulan mənada həqiqi və daimi dostluq qurması mümkün deyildir.
Quran əxlaqını yaşamayan cəmiyyətdə insanların kömək istəyəcəyi, mal-mülk kimi dəyərli əşyalarını, pulunu əmanət edəcəyi və yaxud sirr verə biləcəyi yaxın dost tapmaları çox çətindir. Bundan başqa, bu vəziyyətə o qədər öyrəşiblər ki, bunu sanki həyatın dəyişməz qanunu kimi görürlər.
Belə bir güvənsiz mühitdə insanların rahat və hüzurlu olması mümkün deyildir. Çünki dost kimi görünən adamlar, əslində, öz mənfəətlərini düşünürlər. Bu səbəbdən, qarşı tərəfə baxışları da dostluqdan çox uzaq olur. Bir-birinin işinə, maşınına, evinə, qısası, bütün imkanlarına qısqanclıqla baxır, onlardan üstün olmağa çalışırlar. Bunun üçün ən kiçik fürsəti belə qaçırmadan bir-birinin nöqsanlarını tapıb üstünlük etməyə cəhd edirlər.
Bu ziddiyyətli anlayışla hərəkət edənlər son dərəcə qeyri-səmimi mühitdə yaşadıqlarını və gerçək mənada heç kimlə dost olmadıqlarını bilirlər. Ancaq bunun həllini Allah`ın özləri üçün seçib bəyəndiyi Quran əxlaqını yaşamaqda axtarmadıqları üçün bu vəziyyətdən xilas ola bilmirlər. Doğru yola yönəlməyən bu insanların axirətdə də heç bir dostu olmayacaqdır. Dünyada yaşadıqları hüzursuz, güvənsiz mühit axirətdə daha artığı ilə qarşılarına çıxacaq. Dünya həyatında şeytana dost olanların axirətdəki vəziyyətini Rəbbimiz belə bildirir:
Bu gün burada onun üçün bir dost tapılmaz. (Haqqə surəsi, 35)
Onlar azğınlarla birlikdə oraya atılarlar, İblisin bütün əsgərləri də habelə. Onlar orada höcətləşərək deyərlər: “Allah`a and olsun ki, biz açıq-aydın azğınlıq içində idik – o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq. Bizi ancaq günahkarlar azdırdı. İndi isə bizim nə şəfaətçilərimiz, nə də canıyanan bir dostumuz var! (Şüəra surəsi, 94-101)
İman edənlərin biri-biri ilə olan dostluğu isə çox möhkəm və daimidir. Çünki möminləri bir araya gətirən, onları bir-biri ilə dost edən Allah`a olan səmimi imanları və Allah qorxularıdır. Rəbbimizin bir ayəsində: “Hamınız Allah`ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah`ın sizə olan nemətini xatırlayın ki, siz düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz” (Ali-İmran surəsi, 103) sözləri ilə bildirdiyi kimi, iman edənlər bir-birinin qardaşıdır. Bundan dolayı, aralarındakı imana əsaslanan gerçək dostluq Allah`ın izni ilə həm dünyada, həm də axirətdə sonsuza qədər davam edəcək.
Allah`a və Elçisinə itaət edənlər Allah`ın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. (Nisa surəsi, 69)
Səbir
Quran əxlaqını yaşamayan cəmiyyətlərdə hadisələrə ifrat dərəcədə reaksiyalar verməyib sakit davranmağı tərcih edənlər, ümumiyyətlə, səbirli adam kimi tanınırlar. Halbuki, bu adamlar da gözlənilməz hadisə ilə qarşılaşdıqda asanlıqla səbirsiz davranırlar. Hamının sakit və səbirli kimi tanıdığı birisi bir anda aqressiv və əsəbi hərəkətlər edə bilirlər. Çünki həqiqətdə göstərdikləri davranış saxta səbirdir, yəni təhəmmüldür.
Təhəmmül ilə səbir bir-birindən tamamilə ayrı anlayışlardır. Təhəmmülün müəyyən həddi vardır və bu, adamdan adama dəyişir. Bu hədd aşılanda adam da dəyişir və neqativ hərəkətlərə yol verilir. Səbir isə Allah qorxusundan qaynaqlanan, hadisə və şərtlərə görə dəyişməyən əxlaqi gözəllikdir. İnsanların sıxıntı və çətinliklər qarşısında səbir etməsi ancaq Allah`ın sonsuz gücünü qavramaqla və Onun yaratdığı hər hadisəyə xeyir gözü ilə baxıb təvəkkül etməklə mümkündür. Dolayısilə, gerçək səbir iman edənlərə xas bir özəllikdir və elə bir əxlaqdır ki, buna Quran əxlaqını yaşamayan şəxslərin gücü çatmaz.
Quranda möminlərin səbirli və təvəkküllü olduğuna belə diqqət çəkilmişdir:
(Onlar) səbirli olanlar və ancaq Rəbbinə təvəkkül edənlərdir. (Nəhl surəsi, 42)
O kəslər ki, Rəbbinin üzünü diləyərək səbir edir... (Rəd surəsi, 22)
Ədalət
Allah Quranda insanlar arasındakı üstünlüyün yalnız təqvaya əsaslandığını bildirmişdir (Hücurat surəsi, 13). İmanın, Allah qorxusunun və gözəl əxlaqın önəmli sayılmadığı cəmiyyətlərdə isə üstünlük ölçüsü çox fərqlidir. Bu adamlar üstünlüyü cəmiyyətin öndə gələnlərindən olmaqla və mal-mülk toplayıb şöhrətli sayılmaqla əldə ediləcəyini zənn edirlər. Bu düşüncə cəmiyyət fərdlərinin bir çoxu tərəfindən qəbul edildiyi üçün, ümumiyyətlə, çox mal-mülkü olmayanlar zəngin və çevrəsi geniş olanların yanında elə də söz sahibi olmazlar. Belə bir cəmiyyətdə insanların başqalarına göstərdiyi münasibətlər, aldığı qərarlar, hadisələri dəyərləndirmə şəkilləri, gəldiyi nəticələr həmişə bu baxış yönü ilə düz mütənasib olur. Dolayısilə, bu düşüncə ilə hərəkət edənlər arasında gerçək ədalət anlayışından bəhs etmək mümkün deyildir.
İmanlı insanlar arasında isə belə bir durumun olması mümkün deyildir. Həmişə Allah`ın Quranda bildirdiyi əxlaqa uyğun olaraq hərəkət edirlər. Bu səbəbdən, həmişə haqq və ədaləti ön planda tuturlar. İnsanları sahib olduğu dünyəvi dəyərlərə görə deyil, Allah`dan lazımi qədər qorxduqları və gözəl əxlaqları əsasında dəyərləndirirlər. Güclü, yaxud imkanlı olanın deyil, haqlı və haqdan yana olanın tərəfini tuturlar. Özlərinin və ya yaxınlarının əleyhində olsa belə, ədalətdən üz çevirmirlər. Dünyəvi ölçülərlə qərar vermir, Allah`ın əmr etdiyi şəkildə hərəkət edirlər. Allah ədalət mövzusundakı ölçünü Quranda belə bildirmişdir:
Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)
Nəticə:
Bu hissədə inkarçılarla əlaqəli yazılanlar dünya həyatını əsas alanların həyata qarşı zidd düşüncələrinin kiçik hissəsini əks etdirir. Bu insanların yaşayışlarındakı əsas məntiq həmişə təkcə dünya həyatının mənfəətlərini düşünərək hərəkət etmələridir. Axirətin varlığını və orada hansı vəziyyətlə qarşılaşacaqlarını isə heç bir şəkildə ağıllarına belə gətirmək istəmirlər. Onlara ölüm və axirətdən bəhs etdikdə isə, ümumiyyətlə, müxtəlif bəhanələrlə düşünməkdən qaçırlar. Bu dünyanın yalnız keçici imtahan yeri olduğunu və ailələrinin, evlərinin, maşınlarının, qısası, ətraflarındakı hər şeyin bu imtahanın bir parçası olduğunu başa düşmək istəmirlər. Çünki qəbul etsələr, artıq bu, keçici dünyaya boş yerə həvəs göstərdiklərini qəbul etmələri mənasına gəlir. Quranda bu insanların həqiqəti qəbul etməmək üçün axirəti inkar etdikləri belə bildirilir:
Bunlar mütləq deyəcəklər: “Bizim ancaq bircə ölümümüz var. Biz dirildilməyəcəyik. Əgər doğru deyirsinizsə, onda atalarımızı gətirin!” (Duxan surəsi, 34-36)
Bu insanlar axirətdə dünyada olarkən inkar etdikləri həqiqətlərlə qarşılaşdıqda böyük və geri dönüşü olmayan peşmançılıq çəkəcəklər. Allah inkarçıların axirətdə bu həqiqəti gördüklərində peşmançılıqlarını belə dilə gətirəcəklərini bildirmişdir:
Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq, alov (saçan) od sakinlərinin içində olmazdıq!” (Mülk surəsi, 10)
Ayədə bildirilən peşmanlığı yaşamamaq üçün hər insan ölümlə qarşılaşmadan öncə mütləq bu gerçəkləri düşünməli və həyatını Allah`ın razı olacağı şəkildə yönləndirməlidir. Yaşadığımız dünyanın keçici olduğunu qavramalı, həyatının hər anını bu şüurla dəyərləndirməlidir.
Peyğəmbərimiz (səv) bir hədisində axirət üçün hazırlıq görülməsinin əhəmiyyətini belə bildirmişdir:
“Ağıllı insanlar ölümü ən çox düşünən və özlərinə gəlməzdən əvvəl ən yaxşı hazırlıq görənlərdir”. (Hz. Ənəs (rə), İbni-Macə, Zühd 31, Kutubi-Sittə, 16-cı cild, səh. 330)