Tarix boyu hər cəmiyyətin inkarçıları arasında insanları yönləndirən, hərəkətləri örnək alınan şəxslər yaşamışdır...
70 illik ömrü bəzən 70 saniyə kimi keçir. Çox qısa olur. Məsələn, bir qismi deyir ki, bir göz qırpımı qədər...
Hal-hazırda yaşadığınız dünya həyatını axirət həyatı ilə müqayisə etdikdə yuxu və ya xəyal kimi qalmasının ən vacib səbəblərindən biri dünyanın bir çox əskikliklə dolu olmasıdır...
Bu hissədə inkarçılarla əlaqəli yazılanlar dünya həyatını əsas alanların həyata qarşı zidd düşüncələrinin kiçik hissəsini əks etdirir...
İnsanların həyatı boyu qarşılaşdığı hər hadisə, eşitdiyi hər söz, gördüyü hər şey ancaq Allah`ın izni ilə yaradılır...
İnananların istədiyi hər bir şey axirətdə artıqlaması ilə yaradılmışdır. Cənnət həyatında nemət olaraq hədsiz bolluq və gözəllik olacaq...
ALLAH İNKARÇILARA HƏM DÜNYADA, HƏM DƏ AXİRƏTDƏ ƏZAB VERƏR
Dünyanın saxta üzünə aldananlar sadəcə axirətdə deyil, dünyada da Allah`ın diləməsi ilə bu səhvlərinin əvəzini görürlər. Quran əxlaqını yaşamayan insan dünyanın ən varlı və ya ən savadlı insanı olsa da, çox vaxt sahib olduğu bu xüsusiyyətlərin heç biri ona xoşbəxtlik gətirmir. İnkar etdiklərinə görə, Allah hər an bu insanların qəlbinə sıxıntı və narahatlıq verir. Nəfsinə xoş gələn bir çox nemətlə yaşadığı halda, bunların heç birindən əsl mənada zövq almırlar. Nə qədər xoşbəxt və rahat görünsələr də, bu, aldadıcı olur.
İnkarçıların sıxıntısı həyatlarının hər sahəsinə yayılmışdır. Allah`ın qüdrətini təqdir etməmələri, qədəri düşünüb hadisələrə xeyir gözü ilə baxmamaları, gözəl əxlaq göstərməmələri onları çətin həyata sürükləyir. Üstəlik, Quran əxlaqının insanlara necə mükəmməl və rahat həyat verdiyini qavramadıqları üçün dünyadakı hər insanın özləri kimi eyni sıxıntı içində yaşadığını düşünürlər. Halbuki, onların yaşadığı sıxıntı tamamilə imani pozuntudan qaynaqlanır. Allah Quranda doğru yoldan azanlar üçün inkar etdiklərinə görə dünya həyatında da əzab olduğunu bildirmişdir:
... Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz. Onlara dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allah`dan qoruyan olmaz. (Rəd surəsi, 33-34)
Allah`ın gözəl yaşamaq üçün endirdiyi haqq dindən üz çevirən insanların həyatına baxdığımız zaman bu sıxıntının nə qədər əhatəli və təsirli olduğu daha açıq şəkildə ortaya çıxır. Bu şəxslərin çoxunun uşaqlıq illərindən etibarən ən böyük xəyalları çox pul qazanıb varlı olmaq və bunu istədikləri kimi xərcləməkdir. Bu, onlar üçün elə vacibdir ki, məqsədlərinə çatmaq üçün lazım gəldikdə hər cür fədakarlıq edə bilirlər. Tələbəlik illəri sona çatıb həyati məsuliyyətlərlə üzləşəndə çətinliklərlə qarşılaşmalı olduqlarını düşünürlər.
İnsanlara ruzini verənin Allah olduğunu, nemətini dilədiyinə verib, dilədiyinə qısdığını düşünmədikləri üçün var-dövlət, məqam kimi keçici dəyərləri əldə etmək üçün özlərini üzürlər. Bu yolda çox vaxt sevdiyi şeylərdən keçmək məcburiyyətində qalırlar. Bir çox narahatlıq və sıxıntıdan sonra onları xoşbəxt edəcəyini düşündükləri dünyanın saxta bəzəyini bəlkə əldə edərlər, amma nəticə yenə də eynidir. İstəklərinə çatmaq üçün sıxıntı ilə yanaşı, bir də bunları itirməyə qorxurlar. Daim güzərandan, sahib ola bilmədiyi şeylərdən şikayətlənirlər. Özlərindən daha varlı, daha mədəni, daha qabiliyyətli, daha gözəl birini görmək belə əhvallarının pozulmasına kifayət edir.
Sıxıntılarını gizlətməyə və bundan qurtulub sevinməyə, əylənməyə çalışırlar. Hərdən keçici və səthi olaraq sevinirlər. Belə vaxtlarda kənardan xoşbəxt görünürlər, lakin bu, həmişə olmur. Narahatlıq və gizlin yaşadığı qorxular onlara daim psixoloji təsir edir. Narahatlıq keçib-getsə də, Allah`a təvəkkül etmədikləri üçün başqa bir hadisə onları yenə sıxıntıya salır. Ticarətlə məşğul olan birisi gülərkən borcunu xatırlaması, tələbənin kəsirini düşünməsi, yaxınını itirən adamın onu yada salması, yaşlının gənclik illərini xatırlaması və ya ölümə daha da yaxınlaşdığını hiss etməsi bir anda kədərlə səbəb olur.
Bu insanların varlı-kasıb, cavan-yaşlı, gözəl və ya çirkin olmaları da bu vəziyyəti dəyişdirmir. Axşama kimi ağır işlər görən də, heç bir məsuliyyəti olmayıb güzəranı yaxşı olan da eyni mövqedə olur. Ətraf insanlardan həqiqi sevgi və şəfqət görmürlər və buna görə çox sıxılırlar. Hər gün eyni işi görməkdən və bunun bitməyəcəyindən bezirlər. Həyatın nə qədər monoton və mənasız olması və bundan çıxış yolunun olmaması onları çox narahat edir.
Bu insanlar Allah`a iman gətirmədiyi, Allah`ı coşqunluqla ilə sevmədiyi və Allah`dan qorxub-çəkinmədiyi müddət boyu sıxıntı və narahatlıqdan xilas ola bilməyəcəklər. Bununla belə, yenə də çıxış yolunu Allah`a sığınmaqda və Onun göstərdiyi yolda görmürlər. Yaşadığı həyata alışmağa çalışır, sıxıntını həyatın bir hissəsi kimi qəbul edirlər.
Həqiqətdə isə Allah bu sıxıntı ilə onlara inkar etdiklərinə görə dünyada ikən əzab verir. Əsl həyat olan axirətə əhəmiyyət verməyib dünyanın saxta gözəlliklərinə üz tutduqlarına görə sıxıntı onlar üçün daimidir.
Quranda “Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər!” (Zumər surəsi, 26) ayəsi ilə bildirildiyi kimi, axirətdə onları bundan daha böyük əzab gözləyir. Dünya həyatında ikən yalan hesab etdikləri axirətin və axirət əzabının həqiqi olmasını orda təsdiq edəcəklər, amma bu, onlara bir fayda verməyəcək və Allah`ın lənəti və əzabı ilə qarşılıq görəcəklər:
Cənnət əhli od sakinlərini səsləyib deyəcəklər:
Biz Rəbbimizin bizə vəd etdiyini həqiqətən gördük. Siz də Rəbbimizin sizə vəd etdiyini gerçəkdən gördünüzmü?” Onlar: “Bəli!”– deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: “Allah`ın lənəti olsun zalımlara! O kəslərə ki, (insanları) Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər. (Əraf surəsi, 44-45)