Tarix boyu hər cəmiyyətin inkarçıları arasında insanları yönləndirən, hərəkətləri örnək alınan şəxslər yaşamışdır...
70 illik ömrü bəzən 70 saniyə kimi keçir. Çox qısa olur. Məsələn, bir qismi deyir ki, bir göz qırpımı qədər...
Hal-hazırda yaşadığınız dünya həyatını axirət həyatı ilə müqayisə etdikdə yuxu və ya xəyal kimi qalmasının ən vacib səbəblərindən biri dünyanın bir çox əskikliklə dolu olmasıdır...
Bu hissədə inkarçılarla əlaqəli yazılanlar dünya həyatını əsas alanların həyata qarşı zidd düşüncələrinin kiçik hissəsini əks etdirir...
İnsanların həyatı boyu qarşılaşdığı hər hadisə, eşitdiyi hər söz, gördüyü hər şey ancaq Allah`ın izni ilə yaradılır...
İnananların istədiyi hər bir şey axirətdə artıqlaması ilə yaradılmışdır. Cənnət həyatında nemət olaraq hədsiz bolluq və gözəllik olacaq...
ƏSL HƏYAT AXİRƏTDƏDİR
İnsanlar yaradılış və yaşamaq məqsədlərini, Allah`a necə qulluq edəcəklərini və həyata dair bütün həqiqətləri Quranın işığında öyrənirlər. Əvvəlki sətirlərdə yer verildiyi kimi, Quranda axirət barədə “əsl həyat budur” şəklində bildirilmişdir. Dolayısilə, hal-hazırda yaşadığımız dünya ayələrdə bildirildiyi kimi, sadəcə əyləncə yeri, insanlar üçün sınaq məkanıdır. İnsan axirət həyatına keçdiyi zaman dünya həyatına dair zehnində yalnızca qısa xatirələr qalacaq. Dünya həyatının axirətin yanında göz qırpımı qədər qısa müddətdə keçdiyini belə açıqlaya bilərik:
Yuxuda gözəl yaz havasında çay kənarında oturduğunuzu düşünün: xəfif meh əsir, ətrafa sərinlik verir. Çayın xoş səsi və bir-birindən gözəl çiçəklər sizi valeh edir. Çox sevdiyiniz dostunuz da yanınızdadır. Havadan gül qoxusu gəlir və quşlar da cəh-cəh vurur. Birdən yuxudan oyanırsınız və sadəcə yataqda olduğunuzu görürsünüz. Həqiqi zənn etdiyiniz şeyin, əslində, yalnız yuxudan, beyninizdəki xəyaldan ibarət olduğunun və bir anda itib getdiyinin fərqində olarsınız.
İndi isə eyni şeyləri oyandıqdan sonra həyata keçirdiyinizi düşünək. Həqiqətən də gözəl bir çay kənarında sevdiyiniz dostunuzla müxtəlif gözəlliklərə tamaşa edib söhbət etdiyinizi fərz edək.
Bu iki hadisədən sonra sizə: “Bunlardan hansını seçərsiniz?” -deyə soruşsalar, əlbəttə: “Oyandıqdan sonra etdiklərimi”, -deyə cavab verərsiniz. Bunun səbəbi, yuxuda edilənlərin yuxuda qalması, insana əsl həyatında heç nə qazandırmamasıdır. Heç kim yuxusunda itirdiyi şeylərə üzülmür; çünki bunların əsl həyatına təsir etmədiyini bilir. İnsan yuxuda etdiklərindən nə qədər həzz alsa da, nə qədər əylənsə də, bu, ona heç vaxt əsl həyatda oyanarkən etdikləri qədər zövq verməz.
Yuxunun həqiqətlə müqayisə edildiyi kimi, dünya həyatı da axirət həyatı ilə müqayisədə çox qısa və keçicidir. Yuxudan oyandıqda yuxunuzdakı xəyali dünyadan çıxıb əsl həyatınıza dönməyiniz kimi, çox həqiqi kimi görünən bu dünya həyatı da qısa müddət ərzində sona çatacaq və əsl sonsuz həyatınızı yaşayacağınız axirət həyatı başlayacaq. Axirətdə insanların dünyada çox qısa müddət qaldıqlarını anladığı Quranda belə xəbər verilmişdir:
Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq. Onlar: “Bir gün, yaxud bir gündən də az qaldıq. Sən sayanlardan soruş”– deyəcəklər. (Allah) deyəcək: “Siz çox az qaldınız. Kaş biləydiniz! (Muminun surəsi, 112-114)
Allah bir başqa ayədə də yağışla cücərib, sonra quruyub çör-çöp olan bir əkin misalı kimi dünya həyatının aldadıcı ləzzətdən başqa bir şey olmadığını və bir gün mütləq sona çatacağını bildirərək insanları xəbərdar etmişdir:
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o, çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)
Elə isə Quranda xəbər verilən bu həqiqəti bilərək dünya həyatının keçici nemətlərini əldə etməyə həvəslənmək, bunların sıxıntısını yaşamaq böyük səhvdir. İman gətirənlər dünya nemətlərini Allah`ın onlara bir lütfü olduğunu və bütün bunları Allah`ın rizasını qazanmaq üçün vasitə kimi dəyərləndirməyi bilirlər. Allah ixlaslı davranışlarının əvəzinə iman gətirənlərin hər işini bərəkətli edir və onları axirət həyatında sonsuz cənnəti ilə mükafatlandırır.
Dünyanın saxta üzünü görməyib onunla kifayətlənənlər isə axirət üçün cəhd göstərmirlər. Dünyanı həqiqi zənn etdiklərinə görə, bütün planlarını bu keçici həyat üçün qururlar. Allah müxtəlif hikmətlərlə onlara dünyada bəzən nemət versə də, axirətdə onları böyük peşmanlıq gözləyir. Allah bu insanların dünya və axirətdəki vəziyyətini Quranda belə bildirir:
Biz axirət savabını istəyənin savabın artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz. (Şura surəsi, 20)
əli, Biz onlara və atalarına ömürləri boyunca qədər xoş güzəran verdik. Məgər onlar Bizim gəlib ərazini hər tərəfdən əskiltdiyimizi görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər?! (Ənbiya surəsi, 44)
... De: “Küfrünlə bir az dolan. Şübhəsiz ki, sən cəhənnəm sakinlərindənsən!” (Zumər surəsi, 8)
Qoy onlar yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər. (Hicr surəsi, 3)
İnsanların axirətdə belə bir vəziyyətlə qarşılaşmamaq üçün Qurandakı bu xatırlatmalar üzərində düşünüb öyüd almalıdırlar.