Tarix boyu hər cəmiyyətin inkarçıları arasında insanları yönləndirən, hərəkətləri örnək alınan şəxslər yaşamışdır...
70 illik ömrü bəzən 70 saniyə kimi keçir. Çox qısa olur. Məsələn, bir qismi deyir ki, bir göz qırpımı qədər...
Hal-hazırda yaşadığınız dünya həyatını axirət həyatı ilə müqayisə etdikdə yuxu və ya xəyal kimi qalmasının ən vacib səbəblərindən biri dünyanın bir çox əskikliklə dolu olmasıdır...
Bu hissədə inkarçılarla əlaqəli yazılanlar dünya həyatını əsas alanların həyata qarşı zidd düşüncələrinin kiçik hissəsini əks etdirir...
İnsanların həyatı boyu qarşılaşdığı hər hadisə, eşitdiyi hər söz, gördüyü hər şey ancaq Allah`ın izni ilə yaradılır...
İnananların istədiyi hər bir şey axirətdə artıqlaması ilə yaradılmışdır. Cənnət həyatında nemət olaraq hədsiz bolluq və gözəllik olacaq...
GERÇƏK HƏYATIN MƏKANI: AXİRƏT
Bu hissəyə qədər dünyanın keçici və aldadıcı yer olduğunu, saxta bəzəklərlə əhatə olunduğu və bu müvəqqəti yerdə insanların nəyin əsasında davranmalı olduğunu izah etdik. İnsanlar üçün gerçək məkanın axirətdəki sonsuz həyat olduğundan bəhs etdik. Bu hissədə isə ölümün ardından hər insanın qarşılaşacağı və sonsuza qədər yaşayacağı gerçək məkan olan axirətin inananlar və inkarçılar üçün nə qədər fərqli olacağından söz açacağıq.
HƏR ŞEYİN ƏSLİ AXİRƏTDƏDİR
Quranda axirət həyatının gerçək həyat olaraq bildirilməsi bütün insanların üzərində düşünüb nəsihət alması gərəkən mövzudur. Qurandakı bu ifadə dünyada gerçək bildiyimiz hər şeyin zənn ediləndən daha fərqli olduğunu ortaya qoyur. Yaşadığımız bu həyat insanların bir ömür ardınca qaçdığı dəyərlər, əldə etməyə çalışdığı bütün gözəlliklər axirətlə müqayisədə gerçək deyil, saxtasıdır. Yəni bu dünya Allah`ın rizasını axtarmayan insanlar üçün saxta mətalarla- saxta dostluq, sevgi və həvəslərlə və s. doludur. Möminlər isə dünyada cənnəti ummağın xoşbəxtliyini yaşayırlar və axirətdə də sevinc və xoşbəxtlik kimi duyğuların gerçəyi və azalmayanı ilə mükafatlandırılacaqlar. O halda, belə bir vəziyyət qarşısında insan özünə bu sualları verməlidir:
Əgər bu dünyada bütün yaşadıqlarım saxtadırsa və bunların gerçəkləri ilə yalnız axirətdə qarşılaşacağamsa, nə üçün keçici və aldadıcı olanlarla kifayətlənib sonsuz və gerçək olanları itirim? Nə üçün heç yox olmayan, əbədi olan gözəlliklər üçün cəhd etməyim?
İnsan səmimi şəkildə bu sualları özünə verib eyni səmimiyyətlə bunlara cavab verərsə, doğru olan üçün cəhd edər və dolayısilə, həm dünyada və həm də axirətdə xoşbəxt olar. Ağlından istifadə edən hər insan bu suallara, əlbəttə: “Bu dünyada ən əsas məqsədim Allah`ın rizasını qazanmaq və axirətdə sonsuzadək sürən gerçək həyatım üçün cəhd etmək olmalıdır”, -deyə cavab verər. Bu həqiqəti görən hər insan bir də Quranda bildirilən və elçinin qövmünə verdiyi sualı özünə verməlidir:
Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız (Allah`a) ibadət etməyim? (Yasin surəsi, 22)
İnsanlar axırda Allah`a dönəcəklər və axirətdə hər şeyin əslini görəcəklər. Buna görə də insan Quranda əsl həyat olduğu bildirilən axirəti səmimi şəkildə düşünməli, sonsuz rəhmət və lütfü ilə insanlara belə böyük nemət bəxş edən Rəbbimizə şükür edib Quran əxlaqını yaşamalıdır.