İNSANIN SONSUZLUQ İSTƏYİ ANCAQ
AXİRƏTDƏ YERİNƏ YETİR




ADNAN OKTAR:


Təbii ki, cənnətdə kişi kişidir, qadın da qadındır. Amma ruhlar birdir. Yəni bədən quruluşuna görə dəyişir: yoxsa qadın ruhu, kişi ruhu ayrı deyil. Mömin ruhu vardır. Hz. Məryəmin ruhu necədirsə, hz. İbrahimin (əs) ruhu da elədir. Çünki Allah: “Ruhumdan üfürdüm”, -deyir. Yəni Allah ayrı-ayrı ruhlar üfürdüyünü demir. Özünə aid ruhu üfürdüyünü, deyir Allah, elə deyilmi? Allah`a aid ruh üfürülmüşdür. Dolayısilə, Allah`ın ayrı-ayrı ruhları yoxdur. Bir ruh var, qadında da, kişidə də eynidir. Cənnətdə cinsi əlaqə var. Yəni bəzi insanlar bunu çirkin üslubla inkar etməyə cəhd edirlər. Cinsi əlaqə sevginin ən yüksək formasıdır. Ən şiddətli ifadə formasıdır və sevgiyə əsaslanır. Yəni heyvani rəftar deyil, halalı ilə olduqdan sonra. Yəni insan çox sevmədikdən sonra, Allah`ın təcəllisi kimi görmədikdən sonra ətdən niyə təsirlənsin, elə deyilmi? O, Allah sevgisinə olan coşqun duyğunun ifadə edilməsi üçün meydana gələn toxunma hissidir. Yəni qüvvətli toxunma hissidir. Allah`a qarşı sevginin coşmasıdır o. Amma bəzi insanlar bunu heyvani məntiqləri ilə dəyərləndirirlər. O ayrı, heyvanlaşan insanlarla müsəlman ruhunda olan insanın arasında çox böyük fərq var. İnsan Allah`ın təcəllisinə qarşı içində duyduğu coşqunu, məhəbbəti ifadə etmək üçün həyat yoldaşına sevgi göstərir, sarılır, ona toxunmaq istəyir. Dolayısilə, cənnətdə cinsi əlaqə var. Qurandakı açıqlamalardan, izahlardan bu açıqca bəlli olur. Məsələn, qadın gözəlliyi ətraflı izah edilir Quranda və: “Onlar qorunub saxlanılmış yumurta kimidirlər”, -deyilir. Bunu çirkin görən düşüncə tərzi anormaldır. Allah`ın halal və gözəl etdiyi bir şeyi öz ağlına görə çirkin görür. Qeyri-qanuni əlaqə çirkindir. Halal olmayan əlaqə çirkindir. Bu səbəbdən, məsələn, zina deyiləndə insan iyrənir, adi hərəkət kimi görmür. Niyə? Qeyri-qanuni olduğu üçün. Qanuni olanda ibadət olur və gözəllik olur o. Niyə ondan qaçsın müsəlman? Allah`ın verdiyi nemətdir və gözəllikdir. Dolayısilə, cənnətdə də vardır təbii ki.

APARICI: Burada: “Yeni yaradılışla yaradacağam deyir”, -ayədə. Bunu bir az açıqlaya bilərsinizmi?

ADNAN OKTAR:


Bəli, yeni yaradılışdan fərqli olaraq, indi ürəyimiz bədənimizə qan vurmazsa ölərik, amma orada elə bir şey yoxdur. Ürək gözəllik olaraq, zövq olsun deyə yaradılır. Yəni damarların o tərzdə təmin olunma sistemi yoxdur. Hüceyrələrin ölməsi yoxdur. Hüceyrə ölməz. Bədən hüceyrəsi, bədən olduğu kimi qalır, yəni sonsuza qədər ölməz bədən hüceyrəsi cənnətdə. Məsələn, burada sürətlə ölürlər, bilirsiniz. Bədən daim yenilənir. Ölmə xüsusiyyəti yoxdur. Məsələn, saçlar tökülməz, diş tökülməz. Məsələn, ağzı yumağa ehtiyac yoxdur. Ağız həmişə təmizdir, yeni yaradılışına uyğun olaraq. Məsələn, səhər duranda insanlar üzlərini yumalıdırlar. Cənnətdə yuyunmağa ehtiyac yoxdur. İnsan həmişə təmizdir. Məsələn, sancı hissi olmaz, narahat olmaz, üşüməz. Onsuz da üşüyəcək məkan da yoxdur, amma üşümə hissi də olmaz. Məsələn xəstələnməz. Mikrob və ya virus yoxdur orada, insanlara təsir edən. Dolayısilə, yeni bir yaradılışdır. Yəni insanın acizliyi yoxdur, təbii ehtiyacları yoxdur. Son dərəcə təmiz bir varlıqdır insan və baxımlıdır. Yəni özünü düzəltməyə, özünə baxmasına lüzum olmaz, nə qadınların, nə də kişilərin. Amma bir qadının və ya bir kişinin özünə baxmasa, necə pərişan olduğunu, necə aciz olduğunu hamı bilir. Bu, dünyanın bir xüsusiyyətidir. Allah onu xüsusi olaraq, qəsdən yaradır. Dünyaya bağlanmayaq, dünya həvəsimiz olmasın deyə. Xəstəlikləri də onun üçün yaradır, iflası da onun üçün yaradır. Məsələn, xanımlar botoksla yaxşı görünmək üçün cəhd edirlər, elə deyilmi? Ölümə qarşı, yaşlanmağa qarşı cəhd edirlər. Heyf, çox sevimlidirlər, bir də qəribə forma alır ondan sonra ağzı, üzü sıxılır plastik kimi. Gözəlləşmək üçün böyük əzab çəkirlər, amma təşvişlə cəhd edirlər. Halbuki, dünya qısadır, yəni öləcək, bəllidir.

APARICI: Hər yaşın öz gözəlliyi var.

ADNAN OKTAR:


Halbuki, təbii halında qalsa, daha gözəl olar. Qaşını çəkdirir, gözlərini çəkdirir...

APARICI: Hamısı da bir-birinə bənzəyir.

ADNAN OKTAR:


Heyf. Çəkdiyi əziyyətə baxın. Üzü plastikdən düzəldilmiş kimi sıxılmışdır. Gülə də bilmir.

APARICI: Təəccüblü bir ifadə olur.

ADNAN OKTAR:


Yəni nəyə lazımdır bu qədər əzab? Bir neçə on il içində onsuz da insanlar ölürlər. Məsələn, 40 yaşındadırsa, 3-5, 10 il deyək, yəni maksimum inşaAllah. Dolayısilə, əsl həyat axirətdədir. Əsl xeyirli yaşantı axirətdədir. Bu görüntüdən ibarət gözəlliklər axirətdə sabit olur. Burada həmişə sonludur. Məsələn, bizə sonsuz olma instinkti verilmişdir, amma təmin edilməmişik. Ən güclü instinktdir insanda, sonsuz yaşamaq instinktidir. Gecə-gündüz insanlar bunu düşünürlər. Məsələn, cinsi instinkt verilir, o təmin edilir. Məsələn, analara analıq instinkti verilir, təmin edilir. Aclıq instinkti var insanlarda Allah`ın verdiyi, təmin olur. Məsələn, özünü müdafiə etmə instinkti var, bu da təmin olur. Sonsuzluq instinkti də Allah tərəfindən xüsusi olaraq verilmişdir. Qüvvətli, ən qüvvətli instinktdir. Bu, cənnətdə təmin edilir, inşaAllah. Amma dərin düşünməyən bunu qavramaqda çətinlik çəkir, yəni səthi dünyagörüşü ilə və səmimiyyətsiz baxışla Allah`a yaxınlaşdıqda Allah insanın ağlını örtür. Yoxsa Allah`ı anlamamaq mümkün deyil, aydın baxdıqda çox səhihdir. İnsanların səmimi düşünmədiyinə görə Allah`ı anlamadıqlarını görürük.
(Adnan Oktarın TV Kayseri müsahibəsi, 22 noyabr 2009-cu il)
Bu sayt Harun Yəhyanın əsərləri əsasında hazırlanıb.