Tarix boyu hər cəmiyyətin inkarçıları arasında insanları yönləndirən, hərəkətləri örnək alınan şəxslər yaşamışdır...
70 illik ömrü bəzən 70 saniyə kimi keçir. Çox qısa olur. Məsələn, bir qismi deyir ki, bir göz qırpımı qədər...
Hal-hazırda yaşadığınız dünya həyatını axirət həyatı ilə müqayisə etdikdə yuxu və ya xəyal kimi qalmasının ən vacib səbəblərindən biri dünyanın bir çox əskikliklə dolu olmasıdır...
Bu hissədə inkarçılarla əlaqəli yazılanlar dünya həyatını əsas alanların həyata qarşı zidd düşüncələrinin kiçik hissəsini əks etdirir...
İnsanların həyatı boyu qarşılaşdığı hər hadisə, eşitdiyi hər söz, gördüyü hər şey ancaq Allah`ın izni ilə yaradılır...
İnananların istədiyi hər bir şey axirətdə artıqlaması ilə yaradılmışdır. Cənnət həyatında nemət olaraq hədsiz bolluq və gözəllik olacaq...
SAXTA DÜNYANIN ƏZABLARI
İnsan hər an Allah`ın onun üçün yaratdığı yüzlərlə nemət və gözəlliklə qarşılaşır: tənəffüs etdiyi təmiz hava, hər biri bir-birindən fərqli və heyranedici gözəllikdəki təbiət mənzərələri, heyvanlardakı gözəlliklər və bir-birindən ehtişamlı bitkilər, çiçəklər və insan gözəlliyi ruha dərin təsir edir. Amma dünya həyatındakı bu gözəlliklərə dair vacib bir həqiqət var. Rəbbimizin bildirdiyi kimi dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Ali-İmran surəsi, 185)
Dünya həyatının aldadıcılığı onun keçiciliyindən, bir gün mütləq yox olmasından qaynaqlanır. Quranda “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur...” (Mülk surəsi, 2) ayəsi ilə xatırladıldığı kimi, Allah yer üzünü və dünya nemətlərini insanlardan hansılarının daha yaxşı davranacağını sınamaq üçün yaratmışdır. İnsan burada qısa müddət qalacaq və dünya nemətlərindən ancaq məhdud müddət faydalana biləcəkdir. İnsanın əsl həyatını yaşayacağı yer isə axirətdir. Allah Quranda axirətin insanların əsl həyatı olduğunu belə bildirmişdir:
Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)
Dolayısilə, insanın çox qısa olan dünya həyatını özünə məqsəd edib keçici dünya nemətlərinə həvəslə bağlanması böyük aldanışdır. Allah dünya həyatında Allah`ın rizası nəzərə alınmadan əldə edilən qənimətin keçici və dəyərsiz olduğunu insanlara xatırlatmışdır:
... Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!”– deyirdilər. Onlara buna bənzər mənfəətlər (yenə də) gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan kitabda yazılmış əhd alınmamışdımı? Halbuki, onlar (kitabda) olanları öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız? (Əraf surəsi, 169)
Peyğəmbərimiz (səv) də bir hədisində cənnətlə dünya arasındakı fərqi bu misalla açıqlamışdır:
Əbu Hüreyrə (rə): “Rəsulullah (əs) buyurdu ki: “Cənnətdə yay qədər yer günəşin doğduğu və ya batdığı şeydən (dünyadan) daha xeyirlidir”. (Buhari, Bed'ü'l-Halk 8, Tefsir, Vak'a 1; Müslim, Cennet 6, (2826); Tirmizi, Cennet 1, (2525) “Sizdən birinizin yay qədər və ya qamçı qədər cənnətdəki yeri dünya və içindəkilərdən daha xeyirlidir”. (Hz. Ənəsdən (ra) bu şəkildə bildirilmişdir) Peyğəmbərimizin (səv) bildirdiyi kimi, bu dünyadakı nemətlər cənnət nemətlərinin ancaq kiçik hissəsi ola bilər. Dünya həyatının nemətləri nə qədər gözəl, heyrətamiz və qalıcı görünsə də, insan bunların ardında gizlənən bu vacib həqiqəti heç vaxt unutmamalıdır. Yalnızca bir aldanışdan ibarət olan bu dünyanın saxta bərbəzəyinə qapılmanın onu həm dünyada, həm də axirətdə hüsrana sürükləyəcəyini bilməli və buna əsasən hərəkət etməlidir. Allah əsl həyatın yaşanacağı sonsuz axirət üçün səy göstərənlərə həm dünyada, həm də axirətdə gözəl həyat verəcəyini vəd etmişdir. (Nəhl surəsi, 97) Əks halda isə insanlar üçün dünya həyatında sıxıntılı güzəran vardır:
Kim Mənim zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik. (Taha surəsi, 124)
Möminlər Quranda bildirilən bu həqiqətlərin fərqindədirlər. Yaşadıqları hər anın, dünya həyatında qarşılarına çıxan hər şeyin imtahanlarının bir hissəsi olduğunu bilirlər. Bu səbəbdən, görünüşdə cəlbedici olan dünya nemətlərinin əsl üzünü bilir, bunlara həvəslə bağlanmır, bütün həyatlarını onlara vəd edilən axirəti qazanmaq üçün keçirirlər. Allah`ın rizasını qazanmağı qarşılarına məqsəd qoyur, dünya həyatına isə ancaq lazımi qədər dəyər verirlər. Bu səbəbdən, həm həyatları gözəl keçir, həm də qəlbləri rahat olur. Bu həqiqətlərdən qəflətdə olan, ya da bilib görməzlikdən gələn insanlar isə dünya həvəsi üzündən çox vaxt sıxıntı içindədirlər.
Bu kitabda hər zaman və hər yerdə qarşılaşa biləcəyimiz nümunələrlə dünya nemətlərinin saxtalığına aldananların yaşadığı yersiz üzüntü və sıxıntılara, bunlardan qurtulmanın yollarına, əsl yurd olan axirət üçün cəhd göstərən möminlərin rahat həyat tərzinə yer verəcəyik. Allah`ın “Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Məgər başa düşmürsünüz?” (Qəsəs surəsi, 60) ayəsində bildirdiyi həqiqəti xatırladaraq insanları daha xeyirli və daimi olana, Allah`ın rizasına uyğun yaşamağa dəvət edəcəyik.
SAXTA BİR DÜNYADA YAŞADIĞINIZI BİLİRSİNİZMİ?
Ağıl iman gətirənlərlə inkarçıları bir-birindən ayıran vacib xüsusiyyətlərdən biridir. Allah`ın iman gətirən qullarına aid bir xüsusiyyət kimi yaratdığı ağıl insanın imanı, Allah qorxusu və itaətkarlığı ölçüsündə artır. Allah qorxusu və səmimi iman insana həyatının hər anında Allah`ın rizasına uyğun hərəkət etmələrinə şərait yaradan bir anlayış verir. Belə insan vicdanını dinləyərək Qurana uyğun davranışı seçir və bunun nəticəsində bütün həyatına hakim olan davranış mükəmməlliyi əldə edir. Allah Quranda iman gətirən qulları üzərindəki bu rəhmətini belə bildirmişdir:
Ey iman gətirənlər! Əgər Allah`dan qorxsanız, O, sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)
İnkar edən bir şəxs isə nə qədər zəkalı olsa da, iman gətirmədiyi müddət ərzində Allah`ın qüdrətini təqdir edə bilməz, yaşadığı dünyanın keçiciliyini anlamaz və bunun nəticəsində nə edəcəyini qavrayan ağıla sahib ola bilməz. Çünki ağıl zəkadan fərqlənir: cəhd və təcrübə ilə əldə edilə bilməz, riyazi məsələləri həll edərək, qarışıq əməliyyatlarla məşğul olaraq inkişaf etdirilə bilməz. Ağıl sadəcə Allah`ın diləməsi ilə yaranan və iman gətirənlərə aid bir anlayış və qavrama gücüdür.
Allah Quranın bir çox ayəsində inkar edənlərin ağıldan yoxsul olduqlarına diqqət çəkmişdir. Bu ayələrdən bəziləri belədir:
...Lakin kafir olanlar Allah`a qarşı yalan uydururlar. Onların çoxu isə (bunu) anlamır... (Maidə surəsi, 103)
Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, (haqqı) anlamazlar. (Bəqərə surəsi, 171)
Şübhəsiz ki, Allah dərgahında canlıların ən pisi (haqqı) anlamayan karlar və lallardır. (Ənfal surəsi, 22)
İnkar edənlərin bu dünyanı həqiqi bilib axirəti unutmalarının və sadəcə nəfslərinin istəklərini reallaşdırmağa çalışmalarının əsas səbəblərindən biri ayələrdə bildirildiyi kimi, anlamamalarıdır. Bu səbəbdən, hər şeyin bu dünya ilə məhdudlaşdığını düşünürlər. Hadisələrə baxışı və dəyərləndirmələri də demək olar ki, bütünlüklə dünyaya yönəlmişdir. Dünya həyatının sadəcə zahiri yönünü görür, əsl məqsədini qavramır, axirəti isə tamamilə unudurlar. Allah Quranda bu insanlar haqqında belə buyurur:
Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər. Məgər onlar özlüyündə fikirləşmirlər ki, Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddət üçün yaratmışdır? Lakin insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir. (Rum surəsi, 7-8)
Halbuki, Allah Quran ayələrində insanlara dünya həyatının əsl üzü haqqında məlumat vermiş və onları saxta dünyaya aldanmaq üçün xəbərdar etmişdir.
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)
Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız? (Ənam surəsi, 32)
Başqa ayələrdə Allah: “Xeyr! Əksinə, siz tez ötüb keçəni sevir, axirətdən isə uzaqlaşırsınız” (Qiyamət surəsi, 20-21) -sözləri ilə insanların axirətə əhəmiyyət vermədiyini xatırlatmışdır. Şübhəsiz, bu davranış insanları sonsuz itkiyə məruz qoyur.
Yüksək elm sahibi, dəyərli İslam alimi İmam Qəzali də bir sözündə bu mövzunu xatırlatmış, keçici dünya nemətlərinin Allah`ın axirətdə verəcəklərinin yanında dəyərsiz olduğunu izah edib insanları axirət üçün çalışmağa çağırmışdır:
... Dünyadakı hökmdarların rütbəsi onların sahib olduğu məqamın yanında kiçik qalır, onlarla müqayisə belə edilə bilməz! Axirət sultanlığı haqqında Cənab Haqq belə buyurur: “(Cənnətdə) hara baxsan, nemət və əzəmətli səltənət (nişanəsi) görərsən” (İnsan surəsi, 20)
Cənab Haqqın böyük səltənət dediyi axirət mülkünü sən də uca tut! Sən də çox yaxşı bilirsən ki, dünya və içindəkilər çox az və dəyərsiz şeylərdir. Həyat qısa, dünyadakı nemətlərin davamı qısa və çox azacıq bir müddətdir. Sonra biz qalxırıq, bu azın azını əldə etmək və azacıq bir müddət onunla birlikdə olmaq üçün canımızı və malımızı səfərbər edirik. Bir qismimiz bunu əldə edir, bir qismi əldə edə bilmir, əldə edənlərə qibtə edir. Onu əldə etmək üçün canını və malını təhlükəyə atdığına heç fikir də vermir. (İmam Qəzali, Cənnətə doğru, (Yeddi keçid) Minhacül-Abidin, səh. 319)