Tarix boyu hər cəmiyyətin inkarçıları arasında insanları yönləndirən, hərəkətləri örnək alınan şəxslər yaşamışdır...
70 illik ömrü bəzən 70 saniyə kimi keçir. Çox qısa olur. Məsələn, bir qismi deyir ki, bir göz qırpımı qədər...
Hal-hazırda yaşadığınız dünya həyatını axirət həyatı ilə müqayisə etdikdə yuxu və ya xəyal kimi qalmasının ən vacib səbəblərindən biri dünyanın bir çox əskikliklə dolu olmasıdır...
Bu hissədə inkarçılarla əlaqəli yazılanlar dünya həyatını əsas alanların həyata qarşı zidd düşüncələrinin kiçik hissəsini əks etdirir...
İnsanların həyatı boyu qarşılaşdığı hər hadisə, eşitdiyi hər söz, gördüyü hər şey ancaq Allah`ın izni ilə yaradılır...
İnananların istədiyi hər bir şey axirətdə artıqlaması ilə yaradılmışdır. Cənnət həyatında nemət olaraq hədsiz bolluq və gözəllik olacaq...
SAXTA DÜNYANIN SAXTA DƏYƏRLƏRİ
Axirəti unudub dünyanı yeganə yaşayış yeri kimi düşünən insanlar özlərinə Quran əxlaqından uzaq əxlaqi sistem qurublar. Bu insanlar bəzi vaxtlar Quranda əmr olunanlara uyğun davranırmış kimi görünürlər, lakin bunları belə dünyəvi həvəslə edirlər. Məsələn, bu ziddiyyətli düşüncədə olanlar dürüstlük, səmimiyyət, köməklik, fədakarlıq və ya sədaqətə sahib olmağı bəzən çevrəsinə xoş görünməyin, yaxud mövqe tutmağın yolu kimi görürlər. Lakin hərəkətləri sünidir və dünyəvi mənfəət üçün olduğundan keçicidir. Dostlarına qarşı fədakar olan biri mənfəətinin olmadığını anladıqda birdən-birə kibirli və eqoist olur.
Bundan başqa, cahiliyyə əxlaqını daşıyan insanlar davamlı mənfəət güdürlər. Görəcəkləri işdən əvvəl: “Görəsən, bunu etsəm, kim nə deyər, barəmdə nə düşünərlər, bundan nə qazanacam?” –deyə götür-qoy edirlər. Bu, onların Allah rizasını deyil, çevrəsinin etibarını qazanmaq istədiklərini büruzə edir. Bu vəziyyətdə, sevgi, səmimiyyət, dostluq, mərhəmət, səbir kimi xüsusiyyətlər davamlı olmur. Bunların əsli deyil, saxtası yaşanır. Sadəcə dünya həyatına üz tutan cahil insanların saxta dəyərlərinə əsaslanan keçici hisslər yaşanır.
Sevgi
Allah bir çox duyğu kimi insanların qəlbinə sevgi hissini də yerləşdirmişdir. İnsanın etməli olduğu bu xüsusiyyətini Allah`ın Quranda verdiyi öyüdlərə görə yönləndirməsidir. Möminlər Quranı rəhbər tutduğu üçün özlərini və sahib olduqları bütün nemətləri yaradan Rəbbimizə və Onun rizasını axtaran möminlərə sevgi göstərirlər.
Dünya həyatının bəzəyinə aldananlar isə Allah`ın imtahan üçün verdiyi nemətləri hərisliklə sevirlər, məsələn, insanları Allah`ı sevdikləri kimi sevirlər. Allah Quranda inkarçıların bu yanlış sevgi anlayışını belə bildirir:
İnsanlardan elələri də vardır ki, Allah`dan qeyrilərini (Ona) tay tutur, onları da Allah`ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah`a olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allah`a məxsus olduğunu və Allah`ın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)
İnkarçıların yanlış sevgi anlayışlarından biri də dünya malıdır. Dünya malına olan sevgidən yana nəfslərinin istəklərinə tabe olurlar. Quranda onların bu vəziyyəti belə bildirilir:
Həqiqətən, o, var-dövlətə çox hərisdir. (Adiyat surəsi, 8)
Odur ki, Allah Quran ayələri ilə insanlara malın yalnız dünya həyatının bir imtahanı olduğunu bildirmiş və bu həvəsə qarşı insanları xəbərdar etmişdir:
Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah dərgahındadır. (Ənfal surəsi, 28)
Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allah`ın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır.
(Munafiqun surəsi, 9)
Bu həqiqətlərdən xəbərdar olan möminlər mal sevgisinə düşməzlər. Sahib olduqları nemətləri onlara lütf edənin Allah olduğunu bildikləri üçün bu, onların Rəbbimizə şükür etməyinə vəsilə olur. Onlara verilən maddi imkanları Allah rizası üçün xeyirli işlərə sərf edir, daha çoxuna sahib olmağı da yenə xeyirli işlər üçün diləyirlər. Allah`ın böyük xəzinələr lütf etdiyi hz.Süleymanın (əs) bu nemətləri hansı məqsədlə istədiyi ayədə belə bildirilmişdir:
O da demişdi ki: “Həqiqətən mən mal (və ya at) sevgisini Rəbbimi zikr etməkdən ötrü seçdim” ... (Sad surəsi, 32)
Şübhəsiz ki, hz.Süleymanın bu üstün əxlaqı iman edənlərin dünya həyatının nemətlərinə necə baxacağını bizlərə göstərir. İnsan özünü hər an qoruyan və ona hədsiz nemətlər verən Rəbbimizə sevgi göstərməlidir.
Quran əxlaqından uzaq insanların sevgisinin saxta olduğunu göstərən ən əhəmiyyətli şeylərdən biri dost seçimidir. Axirətin varlığını düşünmədən yaşayanların dostluğu dünyada qarşılıqlı şəkildə ən çox mənfəət təmin etmək üzərinə qurulur. Hər iki tərəfin bir-birində axtardığı müəyyən xüsusiyyətlər olur. Özünə maddi-mənəvi müxtəlif mənfəətlər verən və cəmiyyətdə özünə hörmət qazandıran bir dost axtarırlar.
Seçdiyi adamın fiziki görünüşünə, ailə durumuna, maddi gücünə, təhsilinə və s. önəm verirlər. Sevgi, hörmət, vəfa kimi gözəl əxlaq xüsusiyyətləri isə çox vaxt arxa planda olur. Bu məntiqlə qurulan dostluqda, əlbəttə, gerçək sevgi və hörmət olmadığından həqiqi xoşbəxtlik də yaşanmır. Bu vəziyyət Quran əxlaqından uzaq olanların evlilik anlayışı üçün də əsaslıdır. Evlilik həyatında da dostluqdakı kimi qarşılıqlı mənfəət əlaqəsi olur.
İman edən bir insan üçün isə bunun tam əksi əsasdır. Allah`a inanan bir insan qarşısındakı insanı Allah`a olan imanı, bağlılığı, gözəl əxlaqı ölçüsündə sevir. Onunla dünyəvi mənfəətləri üçün və keçici olaraq dost olmur. Onu sonsuzadək və Allah`ın rizasına uyğun sevməyi ümid edir. Allah axirətdə bu insanları zövcələri ilə birlikdə mükafatlandıracağını belə xəbər vermişdir:
Həqiqətən də Cənnət əhli həmin gün nemətlər içində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.
(Yasin surəsi, 55-56)
Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də. Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz. Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun! Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. Əməllərinizin nəticəsi kimi varis olduğunuz Cənnət budur. (Zuxruf surəsi, 68-72)